Türkiyədə Superliqanın 11-ci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” səfərdə “Sivasspor”la qarşılaşıb.
Görüş heç-heçə başa çatıb - 1:1.
Məhəmmədəliyevin adı siyahıda olsa da, meydana daxil olmayıb. Hazırda “Adana Dəmirspor” 21 xalla 3-cü pillədədir.
saytlarin hazirlanmasi