Belçika milli komandasının qapıçısı Qaetan Kuke AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində F qrupunda Azərbaycanla keçiriləcək oyun üçün yığmaya cəlb edilə bilər.
Sportal.az "Gazet van Antwerpen"ə istinadən xəbər verir ki, "Mexelen"in futbolçusu yığma komandanın çalışdırıcısı Domeniko Tedeskonun ilkin siyahısında özünə yer edib. Belçikalı həmkarlarımız bu cür yazıb:
"Kuke Azərbaycanla matçda milliyə dəvət edilə bilər. Əgər Kuke qarşıdakı oyuna dəvət edilsə, bu, onun 3 ildən sonra milliyə ikinci çağırışı olacaq. Belçika yığmasının Azərbaycanla görüş üçün yekun heyəti gələn həftə açıqlanacaq.
Qeyd edək ki, Belçika - Azərbaycan matçı noyabrın 19-da Brüsseldə, “Kral Boduen” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
saytlarin hazirlanmasi