İngiltərədə U-18 Premyer Liqasının "Brayton" - "Arsenal" matçı təxirə düşüb.
Sportal.az xəbər verir ki, buna səbəb "topçular"ın oyun günü Braytona gəlib çıxmaması olub.
Məsələ burasındadır ki, "Arsenal"ın U-18 komandasının avtobusunun sürücüsü marşrutu qarışdıraraq, komandanı Braytona yox, Bornmuta aparıb.
Səhv ünvana gəldiyini anladıqdan sonra komandanın çarəsi Londona geri qayıtmaq olub.