Azər Məmmədovun istefa verməsindən sonra “Kəpəz”in yeni baş məşqçisinin adına hələ ki, aydınlıq gətirilməyib.
Sportal.az saytına verilən məlumata görə, namizədlər arasında Mahmud Qurbanovun da adı var.
Belə ki, “Kəpəz”in sabiq futbolçusu və baş məşqçisi yenidən doğma klubunu çalışdıra bilər. Amma o, yeganə namizəd deyil. Belə ki, xeyli sayda məşqçi Gəncə klubuna təklif edilib.
Yaxın günlərdə rəhbərlik yeni baş məşqçi məsələsində qərarını verəcək. Rəhbərliyin Qurbanova güvənmək istədiyi iddia olunur.
Qeyd edək ki, 2012/2013 mövsümündə Mahmud Qurbanov "Kəpəz"də baş məşqçi kimi işləyib.