Misli Premyer Liqasının XII turu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, Filip Ozobiç Azərbaycan çempionatlarında 150-ci oyununu sabiq komandası “Qəbələ”yə qarşı keçirib. Onun hesabında 51 qol var. 2016/17 mövsümündə bu klubda debüt edən yarımmüdafiəçi Qəbələnin eyniadlı təmsilçisində 46 (16 qol), “Qarabağ”da 95 (35 qol) oyunda forma geyinib. “Ağ-qaralar”ın heyətindəki 9-cu görüş Filip üçün ümumilikdə 150-ci olub.
“Qəbələ” ilə qarşılaşmada 2-ci qolun müəllifi Rəhman Hacıyev Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib. Yarımmüdafiəçi buna 260-cı matçında nail olub. Hacıyev “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3, “Bakı”da 2 qola sevinib. O, ilk dəfə 2011/12 mövsümündə paytaxtın eyniadlı klubunda rəqib qapısına yol tapıb.
saytlarin hazirlanmasi