Noyabrın 13-dən 22-dək Lüksemburqda təşkil ediləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışı başlayıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, hazırlıq mərhələsi noyabrın 12-dək davam edəcək. AÇ-nin seçmə mərhələsində iştirak edəcək yekun heyət toplanışdan sonra müəyyənləşəcək. Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
Sadiq Məmmədzadə, Əkbər Eyubov, Zaman Zamanlı, Adəm Topalov, İftixar İbrahimov (hamısı “Səbail”), Rəvan Mirzəmmədov, Fəxri Məmmədli, Həmzaəlı Mikayılov, Tuncay Cəfərli (hamısı “Sabah”), Hüseyn Hüseynov, Sadiq Şəfiyev, Cavid Qasımov (hamısı “Turan Tovuz”), Rüfət Abbasov, Nihad Əliyev, Murad Məmmədov (hamısı “Neftçi”), Xəyal Fərzullayev (“Sumqayıt”), Saleh Süleymanov (“Cəbrail”), Arzu Atakişiyev (“Kəpəz”), Uğur Səfərov (“Qarabağ”), Murad Ələkbərov (“Zirə”)
Azərbaycan millisi noyabrın 15-də Bosniya və Herseqovina, 18-də Niderland, 21-də isə Lüksemburqla üz-üzə gələcək.
saytlarin hazirlanmasi