"Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 14-cü turunun “Varazdin”lə oyununa (1:1) görə ən yüksək qiymətlərdən birini alıb.
Sportal.az xəbər veir ki, “Sofascore” portalı Azərbaycan millisinin futbolçusuna 7,4 bal verib.
Bu göstərici həminki matçda iştirak edən Zaqreb klubunun futbolçuları arasında ikincidir.
Xatırladaq ki, Emreli 74-cü dəqiqədə oyuna daxil olub, 94-cü qol vuraraq komandasını məğlubiyyətdən xilas etmişdi.
saytlarin hazirlanmasi