Türkiyə klubunun "Qarabağ"ın forvardı ilə bağlı planı

12:34 - 7 Noyabr 2023

Türkiyə Superliqasının təmsilçisi "Ankaragücü"nün "Qarabağ"ın hücumçusu Redon Cica ilə maraqlanması barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, paytaxt klubu albaniyalı forvardı qışda icarəyə götürmək istəyir. Əgər bu baş verməsə, "Ankaragücü" Cicanı yayda transfer etməyə çalışacaq. Bunun üçün isə, həmin klub Superliqadakı yerini qorumalıdır. Belə ki, Emre Belözoğlunun rəhbərlik etdiyi kollektiv yüksək liqada qalarsa, rəhbərlik yeni transferlər üçün xüsusi büdcə ayıracaq. Qışda Cicanı icarəyə götürmək planı reallaşmasa, yayda transfer üçün hərəkət edəcəklər. Hazırda adıçəkilən klub Superliqada 13 xalla 12-ci pillədədir.

2023-cü il yanvarın 24-də "Qarabağ"a keçən albaniyalı forvardın Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-da bitəcək. Cica "Laçi" və "Tirana"da da oynayıb.

Xəbər xətti