Qətərdə səfərdə olan "Sumqayıt" Futbol Akademiyasının nümayəndə heyəti "Aspire" Akademiyasının rəhbərliyi ilə görüşüb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Aspire" Futbol Mərkəzində baş tutan görüşdə əvvəlcə "Sumqayıt" futbol akademiyasının direktoru Hakan Sünalla "Aspire" Akademiyasının Futbol Departamentinin sədri Saeed Ali Al Marri arasında görüş olub.
Tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər və iki akademiya arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Ardınca isə müvafiq yaş qrupları arasında yoldaşlıq görüşləri keçirilib.
Qeyd edək ki, "Sumqayıt" bu gün və sabah da yoxlama oyunları keçirəcəklər.
saytlarin hazirlanmasi