Argentinanın tanınmış klubu olan "Boka Xuniors" baş məşqçisiz qalıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorxe Almiron tutduğu postdan gedib. Mütəxəssis bu qərarı özü verdiyini açıqlayıb. Onunla birlikdə köməkçiləri də klubu tərk edib.
Ötən həftə “Boka Xuniors” Almironun rəhbərliyi altında Libertadores kubokunun finalında “Fluminense”yə uduzmuşdu (əlavə vaxtda 1:2).
52 yaşlı məşqçi "İndependyente", "Lanus", "San-Lorenso", "Əş-Şabab", "Elçe"ni çalışdırdıqdan sonra 2023-cü il aprel ayından "Boka Xuniors"a rəhbərlik edirdi. O, 2016-cı ildə “Lanus”a baş məşqçi kimi ölkə çempionluğu qazandırıb.