Messi sabiq komanda yoldaşını ABŞ-a aparır

15:49 - 7 Noyabr 2023

"İnter Mayami"nin hücumçusu Lionel Messi "Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiçi komandasında görmək istəyir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Messi əvvəllər "Barselona"da komanda yoldaşı olmuş xorvatiyalını razı salmağa çalışır.

Xorvatiyalı isə hazırkı komandasında qalarsa, maaşı xeyli azalacaq. Buna görə də, Rakitiç ABŞ-a yollanmaq niyyətindədir.

MLS-dən gələn təklif təcrübəli futbolçu üçün maraqlıdır. Argentinalı Mayami klubunun rəhbərliyi ilə ilk görüşündə bu komandada oynamaq istədiyini bildirib.

Xəbər xətti