"Səbail"in forvardı Aleksandr Ramalinqom Sportal.az saytına müsahibə verib. Premyer Liqada altı qolla bombardirlər siyahısında ikinci pillədə olan Madaqaskar millisinin üzvü
- Premyer Liqanın 12-ci turunda "Turan Tovuz”a qalib gəldiniz. Görüşü necə şərh edəcəksən?
- Həqiqətən maraqlı oyun keçdi. Görüş bizim üçün çətin alındı. Hər halda, çətinliklərə rəğmən, əzmkar oyun göstərib vacib qalibiyyət əldə etdik. Bizim üçün vacib görüş idi. Kollektiv olaraq qələbə qazanmaq istəyirdik və bunu da qazandıq.
- İlk yarını məğlub başa vursanız da, fasilədən sonra geridönüş etmək mümkün oldu. Maraqlıdır ki, bu cür vəziyyət mövsümün gedişində bir neçə dəfə baş verib...
- "Turan Tovuz"la görüşdə qalib gəlməyi çox istəyirdik. Çünki bu görüşdə qələbə qazanaraq yuxarı pillələrdən qopmayacaqdıq. Bu mənada, vacib oyun idi. Doğrudur, matçın gedişində hesabda geri düşmüşdük, lakin fasilədə toparlana bildik. Sonda da qalib gəldik. Yaxşı komandamız var, zamanla daha yaxşı olmağa çalışacağıq.
- Qazanılan qələbə hədəflərinizə çatmaq üçün hansı anlama gəlir?
- Premyer Liqa yeni başlayıb, hansısa uğurdan və hədəfdən danışmaq çox tezdir. Əsas istəyimiz uğur qazanıb üst pillələr üçün mübarizə aparmaqdır. Bunun üçün çox yaxşı komandaya sahibik.
- "Turan Tovuz"la görüşdə də qol vurdun və hazırda bombardirlər siyahısında ikinci pillədəsən. Bu barədə nə düşünürsən?
- Bu görüşdə fərqləndiyim üçün çox şadam. Mənim əsas işim qol vurub komandamın uğuruna pay qatmaqdır. Qollarımın davamını gətirmək və daha çox qol vurmaq üçün məşqlərdə çalışıram. Ancaq mənim üçün vacib olan "Səbail"in qalib gəlməsidir.
- Növbəti turda rəqibiniz "Qarabağ"dır. Bu görüşdə qalib gəlməyiniz nə dərəcədə realdır?
- Bizi "Qarabağ"a qarşı çox çətin mübarizə gözləyir. Rəqibin gücü hər kəsə məlumdur. İstəyimiz uğurlu nəticə qazanıb azarkeşlərimizi sevindirməkdir.
Mirbağırağa
saytlarin hazirlanmasi