Lionel Messi Səudiyyə Ərəbistanına yollanmağa yaxın olub.

Sportal.az xəbər verir ki, jurnalist Gilyem Balaqe Lionel argentinalının bu yay "Əl-Hilal"dan yüksək məvacibli təklif aldığını bildirib.

Həmkarımızın sözlərinə görə, yayda Səudiyyə Ərəbistanı klubunun nümayəndə heyəti şəxsi təyyarə ilə Parisə uçub. 

“Əl-Hilal” təmsilçiləri Messiyə mövsümdə 1 milyard avro maaş təklif etsə də, Leo heç vaxt bu təklifi ciddi qəbul etməyəcəyini qarşı tərəfə bildirib. 

Xatırladaq ki, "Əl-Hilal”da Neymar, Malkom və bir sıra digər məşhur futbolçular çıxış edir.