Litvanın qadın basketbol millisinin üzvü Laura Yuşkayte AVRO-2025-in seçmə mərhələsi çərçivəsində C qrupunun Belçika, Polşa və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlardan danışıb.
Sportal.az xəbər verir ki, "LRT"yə danışan litvalı basketbolçu millimizlə matçda qələbə qazanacaqlarına inandığını deyib:
"Mən legioner kimi karyerama başlayanda, ilk iki il Polşada oynamışam. Bu mənada, onların millisinin oyunçuları mənə tanışdır. Azərbaycan millisi haqqında heç nə bilmirəm və düşünürəm ki, məşqçilər korpusu üçün bu komanda haqqında məlumat toplamaq asan olmayıb. Avropa çempionu olan belçikalılarla matçda qələbə şansı daha azdır. Qarşıda isə bizi Polşa və Azərbaycan yığmaları gözləyir. Onları məğlub etmək mümkündür. Məqsədimiz Avropa çempionatına çıxmaqdır".
Litva - Azərbaycan oyunu noyabrın 9-da Vilnüsdə baş tutacaq.
saytlarin hazirlanmasi