Azarkeşləri "Turan Tovuz"u ziyana saldı, AFFA "Sabah"ı cərimələdi

14:51 - 7 Noyabr 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XII tur

03.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

03.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Səbail” – “Turan Tovuz” oyununun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə matçın baş hakiminin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və  bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Turan Tovuz” klubu 500 manat cərimə edilir (maddə 43.7);

05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” oyununun 42-ci dəqiqəsində “Sabah” klubunun 19 nömrəli futbolçusu Emmanuel Apeh ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sabah” klubu 500 manat cərimə edilir (maddə 36.5);

Xəbər xətti