“Mançester Yunayted”in kapitanı Bruno Fernandes yanvarda komandasını tərk edə bilər.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, qış “transfer pəncərəsi”ndə Səudiyyə Ərəbistanı klubları portuqaliyalını heyətinə qatmağa çalışacaq.
Xüsusilə də, “Əl-İttihad” Mohammed Salahla birlikdə Brunonun keçidini həll etmək istəyəcək. Amma buna rəğmən “qırmızı şeytanlar” liderlərindən birini buraxmaq niyyətində deyil.
29 yaşlı futbolçunun Mançester klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi