Xabi Alonso: "Qarabağ" bu dəfə fərqli oynayacaq"

12:59 - 8 Noyabr 2023

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso Avropa Liqasının H qrupunun 4-cü turunun sabah Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis paytaxtımıza qələbə ardınca gəldiklərini söyləyib:

"Bizi Bakıda çətin oyun gözləyir. Evə qələbə ilə qayıtmaq üçün hər şeyi etməliyik. Bundesliqa və Avropa Liqası matçlarında rotasiya edirik. Ancaq bu həmişə belə olmayacaq. Sabah ilk oyunda olduğu kimi Matey Kovarj qapıda olsa, yaxşıdır. Biz kadr dəyişikliyi edirik. Bütün oyunçularımız müxtəlif rotasiyalara və oyundakı dəyişikliklərə yaxşı hazırlaşıblar".

- “Qarabağ”ın “Kəpəz”lə (7:1) qarşılaşmasını izlədiniz? Sabahkı görüşdə onlardan fərqli oyun gözləyirsiniz?

- Bəli, “Qarabağ” – “Kəpəz” matçına baxdım. “Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirəm. Amma bu, Azərbaycan çempionatının oyunu idi, Avropa Liqası isə başqa turnirdir, çox fərqlidir. "Qarabağ" Almaniyadakı kimi yox, bu dəfə fərqli oynayacaq. 

- Bu, ən uzun səyahət olacaq. Təqvim necədir?

- Bu, bizim üçün yeni deyil. “Qarabağ”la danışdıq və ilk oyunda onlara etdiyimiz kimi, onlar da bizim orada qalmağımızı asanlaşdıracaqlar. Bizim bir məqsədimiz var - üç xal almaq qazanmaq. Ancaq səfər də yorucu olmamalıdır.

Mirbağırağa
 

Xəbər xətti