Almaniyanın “Bayer” klubunun qapıçısı Matey Kovarj Avropa Liqasının H qrupunun IV turunun sabah Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu haqda bunları deyib:
"İlk oyunun nəticəsinə baxmayaraq, bizi sabah Bakıda çətin oyun gözləyir. Düşünürəm ki, "Qarabağ" Almaniyada tam gücünü göstərə bilmədi. Ona görə də indi daha çətin oyun olacaq. Qrupda birinci yeri təmin etmək üçün sabah qalib gəlmək istəyirik. Ona görə də hər şeyimizi verəcəyik. Avrokuboklarda oynamaq asan deyil. Biz bunu artıq öz nümunəmizdə yaşadıq. Bütün rəqiblər ən yaxşı tərəflərini göstərmək istəyirlər. Amma biz uğur qazanmaq istəyirik".
saytlarin hazirlanmasi