Yunanıstanın "Olimpiakos" klubunun U-19 heyətinin baş məşqçisi Sotiris Silaydopulos UEFA Gənclər Liqasının ikinci turunun bu gün “Qəbələ”yə qarşı keçiriləcək ilk oyunu haqda danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan yunanıstanlı mütəxəssis bunları deyib:
“Bu səviyyədə oynamağa davam etməyin yeganə yolu hər oyuna “Leççe” ilə oyundakı (3:1, 3:1) kimi eyni ciddilik və konsentrasiyalı yanaşmadır. Rəqibimizin kim olması bizim üçün heç nəyi dəyişmir. Sahib olduğumuz oyun planına və fəlsəfəmizə sadiq qalmaq istəyirik. “Qəbələ” ilə oyunda da məhz bunu edəcəyik”.
Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya 16:00-da start veriləcək.
saytlarin hazirlanmasi