Türkiyənin "Qalatasaray" klubu komandanın geyim tədarükçüsünü dəyişib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Nike" şirkəti ilə mövsümün sonunda başa çatan müqaviləni uzatmayıb.
"Sarı-qırmızılar"ın yeni forma sponsoru "Puma" olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray" və "Puma" arasında 5 illik müqavilə imzalanıb. Şirkət son Türkiyə çempionuna bu anlaşma üçün 25 milyon avro ödəyəcək.
saytlarin hazirlanmasi