Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" Niderland aşağı liqasında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, onun komandası "Yonq Utrext"lə üz-üzə gəlib və 3:0 qələbə qazanıb.
Ozan bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Ozan 11-ci dəqiqədə komandasının ilk qolunu vurub.
"Eyndhoven" 31 turdan sonra 37 xalla 14-cü sıradadır.
saytlarin hazirlanmasi