"Yuventus" Karlos Alkarası buraxmaq istəmir.
Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, Turin təmsilçisi “Sauthempton”un yarımmüdafiəçisinin icarə müddətini artırmağı planlaşdırır.
Xatırladaq ki, qış “transfer pəncərəsi”ndə turinlilər Alkarası 49,5 milyon avroya almaq opsiyonu ilə mövsümün sonuna kimi icarəyə götürüb.
Alkaras A Seriyasında "Yuventus"un heyətində 4 oyun keçirib. 21 yaşlı argentinalı yarımmüdafiəçinin “Southempton”la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi