“Dinamo” “Qarabağ”ın qapıçısını istəyir

13:49 - 10 Aprel 2024

"Qarabağ”ın qolkiperi, Gürcüstan millisinin heyətində Avropa çempionatının final mərhələsində çıxış edəcək Luka Quqeşaşvili komandasını dəyişə bilər.

Sportal.az saytına verilən məlumata görə, Ağdam klubunda əsas heyətə düşməkdə çətinlik çəkən gürcü qapıçı daha çox oynamaq üçün onunla maraqlanan komandaların variantını götür-qoy etmək istəyir.

Məlumata görə, Quqeşaşvilinin xidmətində maraqlı olan əsas komandalardan biri Batuminin “Dinamo” klubudur. Gürcüstan çempionu yayda Quqeşaşvili icarəyə götürməyi planlaşdırır.

24 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Luka özü də, daha çox oynamaq niyyətindədir. Gürcüstan millisinin üzvü “Dinamo”(Tbilisi), “Yagelloniya”, “Dila”, “Rekre Qranada” komandalarında oynadıqdan sonra 2022-ci il iyulun 1-də “Qarabağ”a keçib.

Xəbər xətti