"Boluspor"un formasını geyinən milli komandamızın üzvü Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib. O, Türkiyə birinci liqasının 30-cu turunda "Ümraniyespor" üzərində qazandıqları qələbədən bəhs edib:
"Son matçda qalib gəlməyimiz bizi çox sevindirdi. Çox yaxşı oyun keçirdik və nəticədə qalib gəldik. Növbəti turda “Eyüpspor”la qarşılaşacağıq. Bilirsiz, onlar artıq çempionluğu təmin edib və Superliqaya vəsiqəni qazanıb. Biz bu oyunda da qalib gəlmək üçün çalışacağıq. İnanıram ki, növbəti turda da üç xalı əldə edəcəyik. Hazırda pley-off zonasındayıq. Sona qədər burada olmaq lazımdır ki, Superliqaya vəsiqə uğrunda mübarizə apara bilək".
Milli komandanın düşərgəsindən “Boluspor”a zədəli yollanan İsgəndərli hazırkı durumunun yaxşı olduğunu bildirib: "İndiki vəziyyətim yaxşıdır. Müalicə aldım və hər şey düzəlib. “Ümraniyespor”la görüşdə də meydanda idim. Zədəmi sağaltmışam".
"Boluspor" 30 turdan sonra 46 xalla 7-ci pillədədir.
saytlarin hazirlanmasi