Premyer Liqa klubunun yeni baş məşqçisi açıqlandı

14:55 - 23 May 2024

İngiltərənin "Vest Hem" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, London təmsilçisini Xulen Lopeteqi çalışdıracaq. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İspan mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Xulen Lopeteqi "Vest hem"in baş məşqçisi postunda David Moyezi əvəz edib.

Xəbər xətti