"Bavariya"dan 15 milyon avroluq transfer

21:19 - 28 May 2024

"Bavariya" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Şalke"də çıxış edən Assan Uedraoqonu heyətinə qatacaq. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Bavariya" 18 yaşlı dayaq yarımmüdafiəçisi üçün II Bundesliqa klubuna 15 milyon avro təzminat ödəyəcək. Artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Assan Uedraoqo "Şalke"nin yetirməsidir. Almaniya U-17 millisinin üzvü bu mövsüm Gelzenkirxen  təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti