Naxçıvan futbolunda yeni dönəm - Zaur Axundovun təyinatına SÖZARDI

18:51 - 6 İyul 2024

Zaur Axundov Naxçıvan Futbol Federasiyasına sədr seçilib. Bundan sonra muxtar respublikanın futbolu ona əmanətdir. 

Zaur Axundov ölkə futbolunda kifayət qədər tanınan adamdır. Necə iddialı biri olmasını da hamı bilir. Həm rəhbəri olduğu futzalda, həm də futbolda həmişə tələbkarlığı ilə seçilib. Maksimalist düşüncə ilə yanaşıb gördüyü işə. 

Zaur Axundovun federasiyaya rəhbər seçilməsi Naxçıvan futbolunda yeni dönəmin başlanması anlamına gəlir. Muxtar respublikanın resursları və iş adamının öz imkanlarını da nəzərə alsaq, Naxçıvan futboluna böyük yatırımların ediləcəyi şübhəsizdir. 

Naxçıvan futbolunun aynası Premyer Liqada çıxış edən "Araz Naxçıvan" olacaq. Əslində, Naxçıvan təmsilçisi ötən mövsümü də pis keçirməyib. Debüt ilində "Qarabağ", "Neftçi", "Sabah" kimi iddialı klubları büdrətməyi bacaran kollektiv sonluğu yaxşı gətirə bilmədi. 

Bu mövsüm "Araz Naxçıvan"ın daha iddialı olacağı gözlənilir. Zaur Axundovun təyinatı klubun nəticələrində və iddialarında da özünü hiss etdirməlidir. İşin başında ambisiyalı adamın olması faydasını göstərəcək. Bir sözlə, yerində olan təyinatdır!

Həmid

Xəbər xətti