Qriqorçuk bu oyunçunun da "Neftçi"dən göndərilməsini istədi

17:57 - 31 İyul 2024

Bugünlərdə "Neftçi"ni daha bir futbolçunun tərk etməsi gözlənilir.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Yeqor Boqomolski Roman Qriqorçukun gələcək planlarında yer almır.

Klubdan əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi bnlarulsu hücumçu ilə bağlı son fikrini söyləyib.

Ukraynalı çalışdırıcı 2 ildir ağ-qara formanı geyinən forvardın onu qane etməməsi barədə rəhbərliyi məlumatlandırıb.

Vaxtilə "Qəbələ"ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış sükançı Boqmolskinin qol hissinin zəif olmasını xüsusi qabardıb, ikili mübarizələr zamanı rəqibi keçməkdə çətinlik çəkməsini vurğulayıb. O, sözləşməsi gələn ilin yayında başa çatacaq belaruslunun satılmasına, yaxud icarəyə verilməsinə tərəfdardır.

Qriqorçukun mövqeyi anlaşılandır. Paytaxt təmsilçisi bugünlərdə 2 yeni hücumçunu rənğlərinə bağlayıb.

Ramil Şeydayev və Andrey Ştoqrini artıq onun yeni "əsas silahlar"ı saymaq olar.

Xəbər xətti