Bu gün İstanbul derbisi var

10:35 - 21 Sentyabr 2024

Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün turun mərkəzi oyunu, İstanbul derbisi baş tutacaq.

"Fənərbaxça" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşün baş hakimi Atilla Karaoğlan olacaq.

Qeyd edək ki, 5 turdan sonra maksimum nəticə göstərən "Qalatasaray" çempionatın lideridir. 13 xalı olan "Fənərbaxça" isə ikinci yerdədir.

Xəbər xətti