"Nyukasl" PSJ-dən 85 milyon funt-sterlinq tələb edir

10:57 - 21 Sentyabr 2024

PSJ hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi "Nyukasl"da çıxış edən Aleksandr İsakdır. Bu barədə"Fichajes" nəşri məlumat yayıb.

PSJ qışda isveçli forvard üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq. "Nyukasl" 25 yaşlı hücumçu üçün milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Nyukasl" Aleksandr İsakı 2022-ci ilin yayında "Real Sosyedad"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti