Braziliyalı hücumçu "Qarabağ"a qarşı oynamayacaq

14:43 - 21 Sentyabr 2024

"Tottenhem"in hücumçusu Rişarlison Avropa Liqasında "Qarabağ"a qarşı oyunda iştirak etməyəcək.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Anje Postekoqlu məlumat verib.

Avstraliyalı mütəxəssis bir müddət ərzində əsas komandadan kənarlaşdırdığı 27 yaşlı forvard haqda danışıb. O, Rişarlisonun yaxın müddətdə kollektivlə birlikdə olmayacağını deyib:

"Rişarlisonun qayıdışı gündəmdə deyil. O, hələ komandaya qayıtmağa yaxın deyil. Mən qərarımı dəyişənə qədər bu haqda sual verməyin. Çünki, Rişarlison əsas komandada deyil".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının liqa mərhələsinin ilk turunun oyununda "Tottenhem"lə 26 sentyabr tarixində Londonda üz-üzə gələcək.

Xəbər xətti