"Lill"in hücumçusu "Yuventus"a keçə bilər

15:39 - 21 Sentyabr 2024

"Lill"in hücumçusu Conatan Devid karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Yuventus" kanadalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Turin təmsilçisi klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan 24 yaşlı forvard üçün 12,5 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib. Kanada millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti