"Neftçi"nin legioneri: "Bu vəziyyətdən yalnız özümüz çıxa bilərik"

18:23 - 21 Sentyabr 2024

“Neftçi”nin müdafiəçisi Mustafa Sek Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”a məğlubiyyəti (0:4) şərh edib. 

Sportal.az saytına açıqlama verən Sek Ağdam klubuna məğlubiyyət haqda bunları deyib:

"Qarabağ” Avropa səviyyəsində olan çox güclü rəqibdir. Buna baxmayaraq, ən yaxşı tərəfimizi göstərmək və yaxşı nəticə qazanmaq istəyirdik. Lakin bunu etmək mümkün olmadı. Təəssüf ki, turnir cədvəlindəki mövcud vəziyyət bizi qane etmir. Ancaq bu da, ruhdan düşmək üçün səbəb deyil. Bu vəziyyətdən yalnız özümüz çıxa bilərik. Hələ ki, hər şey itirilməyib. Düşünürəm ki, bir uğurlu oyun və nəticə hər şeyi kökündən dəyişəcək".

"Neftçi" 7 turdan sonra 4 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti