"Barselona" Niderland millisinin üzvünü transfer etmək istəyir

13:11 - 21 Sentyabr 2024

"Barselona" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi PSV-də çıxış edən Yerdi Sxauteni transfer etmək istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

"Barselona" qışda niderlandlı dayaq yarımmüdafiəçisi üçün PSV ilə danışıqlara aparacaq.

Sxautenlə İngiltə klubları da yaxından maraqlanır. Eyndhoven təmsilçisi Niderland millisinin üzvü üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, PSV Yerdi Sxauteni ötən ilin yayında "Bolonya"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm komnandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti