Belarus mətbautı Konfrans Liqasının əsas mərhələsinin ev oyunlarını Sumqayıtda keçirmək üçün yerli "Dinamo"nun qət edəcəyi Minskdən Azərbaycana qədər olan məsafədən yazıblar.
Sportal.az xəbər verir ki, “football.by” portalı məsələ barədə bunları qeyd edib:
"Nəzəri cəhətdən Minskdən Bakıya ən qısa hava yolu 2243 km-dir. Yəni gediş-gəliş – 4486 km. Üstəlik Sumqayıta və geriyə 62 km yol qət etmək lazımdır. Bu, ilk oyunda Minsk komandasının qonağı olacaq Şotlandiyanın “Harts” klubunun qət edəcəyi məsafədən bir qədər çoxdur. Onlar yalnız bir yol üçün 4439 km yol gedəcək. Edinburq təmsilçisi Qlazqodan adi bir təyyarə ilə uçarsa, Bakıya səyahəti təxminən 12 saat çəkə bilər. Bu baxımdan, təbii ki, “Dinamo”nun üstünlüyü var. "Sumqayıt" ev oyunlarını SSRİ Qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyan 15, 350 nəfər tutumlu arenada keçirir. Stadion 1966-cı ildə tikilib, 2019-cu ildə yenidən qurulub. Arena Xəzər dənizinin sahilində yerləşir".
saytlarin hazirlanmasi