"Neftçi" ilə oyunu unudub "Tottenhem" matçına fokuslanacağıq"

13:30 - 21 Sentyabr 2024

"Qarabağ" Misli Premyer Liqasının 7-ci turunda öz meydanında "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin yarımmüdafiəçisi Patrik Andrade matçdan sonra Sportal.az saytına açıqlama verib. Kabo-verdeli futbolçu artıq Avropa Liqasının "Tottenhem"lə matçına fokuslanmalı olduqlarını bildirib:

"Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı da oynadıq. "Neftçi" də pis komanda deyil. 4 qol vurmağı bacardıq. Qələbə və hesab bizi sevindirir. Artıq bu oyun geridə qaldı. Qarşıda "Tottenhem"lə vacib matç var. Bilirik ki, çətin olacaq. Baş məşqçi, biz, hamımız həmin oyuna fokuslanacağıq. Hazırlaşmaq üçün bir həftə vaxtımız var".

Xəbər xətti