"Qarabağ"ın müdafiəçisi: "Ötən turlar göstərdi ki, bu mövsüm də asan olmayacaq"

19:46 - 21 Sentyabr 2024

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 7-ci turunun “Neftçi”yə qarşı keçirdikləri oyunu (4:0) şərh edib.

Sportal.az saytına açıqlama verən Cəfərquliyev komandasının qələbəsi barədə bunları deyib:

“Neftçi”yə qarşı matçlar həmişə gərgin keçib. Dörd qol vurmağı bacardıq. Düşünürəm ki, qələbəyə layiq idik. Turnir baxımından vacib olan üç xal idi. Ötən turlar göstərdi ki, bu mövsüm də asan olmayacaq. Bizim kifayət qədər rəqibimiz var, ona görə də hər matça mümkün qədər ciddi yanaşmalıyıq. Mövsüm uzun və çətin olacaq, ona görə də diqqətimizi itirməyək”.

Xəbər xətti