"Qalatasaray" derbiyə ciddi itkilərlə çıxacaq

16:12 - 21 Sentyabr 2024

"Qalatasaray" Türkiyə Super Liqasının 7-ci turunda səfərdə "Fənərbaxça"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" İstanbul derbisinə iki itki ilə çıxacaq. Belə ki, Hakim Ziyeş və Yusuf Demir zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti