Türkiyə Futbol Federasiyası "Adana Demirspor"a ağır cəza verib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin 3 xalı silinib. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Adana Demirspor" lisenziyalaşdırma qaydalarına əməl etmədiyi üçün cəza alıb. 14 turdan sonra 2 xal toplayan "mavi şimşəklər"in xalı cəza nəticəsində -1 olub.
TFF "Adana Demirspor"la yanaşı, II Liqada mübarizə aparan "Nazilli Spor", "Afyonspor", "Giresunspor", "Bucaspor 1928" və "Altay"a da eyni cəzanı verib.
saytlarin hazirlanmasi