"Çelsi" Matis Ebueni heyətinə qatıb.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, “Arsenal”ın sabiq futbolçusu Emmanuel Ebuenin 15 yaşlı oğlu “Çelsi”yə keçməyə razılıq verib.
London təmsilçisi gənc tapıntı kimi göstərilən futbolçu ilə razılıq əldə edib.
Ebue karyerasını “zadəganlar”ın sistemində davam etdirəcək. O, "Uotford"da çıxış edirdi və İngiltərənin aşağı yaş qruplarından ibarət yığmasının üzvüdür.
saytlarin hazirlanmasi