"Neftçi" "Qalatasaray", "Beşiktaş" və "Fənərbaxça" ilə qarşılaşacaq

15:47 - 21 Yanvar 2025

"Neftçi"nin U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq.

Sportal.az xəbər verir ki, baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək.

Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbaxça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

Qeyd edək ki, “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

Xəbər xətti