"Barselona"nın futbolçusu Vitor Roke ölkəsinə qayıda bilər.
Sportal.az xəbər verir ki, "Palmeyras" icarə əsasında "Betis"də çıxış edən braziliyalı hücumçunu transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Palmeyras" İspaniya klubuna 27 milyon avro və futbolçunun növbəti satışından 20 faiz pay təklif edib.
Qeyd edək ki, "Barselona" Vitor Rokeni 2024-cü ilin yanvar ayında "Atletiko Paranaense"dən transfer edib. 19 yaşlı forvard mövsümün əvvəlində "Betis"ə icarəyə verilib. Gənc futbolçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi