Futbol üzrə Azərbaycan 1-ci Liqasında 14-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" öz meydanında "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
14 turdan sonra aktivində 8 xal olan "Mingəçevir" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 15 xalı olan "Cəbrayıl" isə 6-cı yerdədir.
"Mingəçevir" - "Cəbrayıl" 0:0
saytlarin hazirlanmasi