"Fənərbaxça"nın hücumçusu Edin Cekonun əli sınıb.
Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı forvard Avropa Liqası pley-off mərhələsinin "Anderlext"lə ilk matçında (3:0) xəsarət alıb.
Bu vəziyyət Cekonun oyunlarda iştirak etməsinə mane olmayacaq. 38 yaşlı futbolçu xüsusi sarğı ilə oynaya biləcək.
Qeyd edək ki, Edin Ceko bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 35 rəsmi matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi