"Səbail" 3000 manat cərimələndi

13:34 - 13 Mart 2025

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:

09.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” klubunun 14 nömrəli futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Səbail” klubu 3000 manat cərimə edilsin (maddə 40.3);

10.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 37);

10.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Neftçi” – “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 41);

Xəbər xətti