AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 87-ci dəqiqəsində “Neftçi-2” komandasının 74 nömrəli futbolçusu Kamal Kazımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Neftçi-2” komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Neftçi-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 57 nömrəli futbolçusu Cavid Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 100 manat cərimə edilsin. Stadionun əmlakına dəymiş zərər “Turan Tovuz-2” komandası tərəfindən qarşılansın (maddə 54);
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 39 nömrəli futbolçusu Sadiq Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+6-cı dəqiqəsində “Turan Tovuz-2” komandasının 18 nömrəli futbolçusu Dinamin Bağırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
11.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 38).
saytlarin hazirlanmasi