"Bavariya" Almaniya millisinin üzvü ilə müqavilə imzaladı

18:21 - 13 Mart 2025

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Bundesliqanın lideri Yozua Kimmixin mövsümün sonunda başa çatan sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya millisinin üzvü 2029-cu ilin yayına kimi Münhen təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin iyul ayında "Ştutqart"dan transfer edib. 30 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti