UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, PSJ-nin qapıçısı Canluici Donnarumma həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İtalyan qolkiper azarkeşlər arasında keçirilən sorğuda Harri Keyn (“Bavariya”), Marko Asensio (“Aston Villa”) və Emre Canı (“Borussiya”) qabaqlayıb.
Qeyd edək ki, Donnarumma PSJ-nin "Liverpul"u səfərdə 1:0 hesabı ilə məğlub etdiyi oyunda 120 dəqiqə meydanda olub. 26 yaşlı qapıçı həmçinin, penaltilər seriyasında 2 zərbəni dəf etməyi bacarıb.
saytlarin hazirlanmasi