"Sabah"ın legionerləri milli komandaya dəvət olundu

20:25 - 13 Mart 2025

“Sabah”ın qapıçısı Stas Pokatilov və yarımmüdafiəçisi Vinsent Till ölkələrinin milli komandalarına dəvət alıblar.

Sportal.az xəbər verir ki, Pokatilov Qazaxıstan, Till isə Lüksemburq millisinə dəvət olunub.

Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə martın 22-də Uels, martın 25-də Lixtenşteynlə qarşılaşacaq. Lüksemburq yığma komandası isə martın 22-də İsveç, martın 25-də isə İsveçrə millisi ilə yoxlama oyunu keçirəcək.

Xəbər xətti