“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.
Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi martın 22-də Haiti, üç gün sonra Belarusla keçiriləcək yoldaşlıq oyunlarına dəvət alması barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Özümü çox sevincli, çox xoşbəxt hiss edirəm. Əlbəttə, hər futbolçunun arzusu millidən dəvət almasıdır. Şükürlər olsun ki, bu gün mən də milli komandaya dəvət almışam. Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, maksimum dərəcədə özümü milli komandada sübut edərək mənə olan ümidləri doğruldacam”.
saytlarin hazirlanmasi